“Alstom” Azərbaycana növbəti yük lokomotivlərini göndərib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Fransanın “Alstom” şirkəti Azərbaycana sayca 39 və 40-cı yük
lokomotivlərini tədarük edib.

Bunu Trend
şirkətin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov deyib.

Qeyd olunur ki, lokomotivlər bir neçə gün əvvəl Qazaxıstanın
paytaxtı Nur-Sultandan Bakıya yola salınmışdı.

Bu, “Alstom” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında
imzalanmış müqavilə əsasında həyata keçirilib.


Qeyd edək ki, ötən həftə daha bir lokomotiv Bakıya çatmışdı.
Bununla da “Alstom”un “Azərbaycan Dəmir Yolları”na yük
lokomotivinin tədarükü prosesi başa çatıb.

(Tərcümə: Orxan Nəbiyev)