Antiinhisar xidməti monitorinqlərin beynəlxalq standartlara uyğunluğunu gücləndirir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti 2022-ci ildə rəqəmsallaşmanın inkişafını
davam etdirəcək.

Trend-in məlumatına görə, bunu xidmətin rəhbəri
Məmməd Abbasbəyli 2021-ci ilin yekunları ilə bağlı mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, bu işlər 2021-ci ildə başlanıb.

“Bu, həm də xidmətimizin strateji proqramında da əks olunub. Bu
proqram çərçivəsində təhlil və monitorinqlərin beynəlxalq
standartlara uyğunluğunu gücləndirmək planlaşdırılır”, – deyə o
bildirib.


M.Abbasbəyli əlavə edib ki, Dövlət xidməti bütün daxil olan
müraciətləri diqqətlə təhlil edir.

(Tərcümə: Orxan Nəbiyev)