İmmunitet çatışmazlığı hansı xəstəliklərə yaranmasına səbəb olur? – AÇIQLAMA

Xəbər - Humay Ağacanova – Trend:

İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına
səbəb olur. Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi
göstərir.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, şiş əleyhinə immunitetin pozulması bəd xassəli
törəmələrin inkişafına “dəstək” olur. Bəzən immun hüceyrələr
bədəninin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun
xəstəliklərdir.

“İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya
verdikdə, allergik xəstəliklər yaranır. Sağlam bir bədən
immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın
immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan
uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı
patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə “gücləndirməyə”
ehtiyac yoxdur”, – deyə o əlavə edib.

Teqlər: