Qanun pozan sahibkarlara 700 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlar barəsində
ümumilikdə 710 min manat məbləğində sanksiyalar tətbiq edib.

Trend-in
məlumatına görə, bunu xidmətin rəhbəri Məmməd Abbasbəyli 2021-ci
ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il antiinhisar qanunvericiliyinin
pozulması ilə bağlı 22 işə baxılıb.

“İşlər müxtəlif fəaliyyət sahələrinə, o cümlədən icbari tibbi
sığorta sahəsinə aid olub. Nəticədə, 2021-ci ildə qanunları pozan
şəxslərə 710 min manat məbləğində maliyyə sanksiyası tətbiq
edilib”, – deyə o bildirib.

M.Abbasbəyli əlavə edib ki, hesabat dövründə fəaliyyətin icrası
qaydalarının pozulması ilə bağlı 178 müraciət qeydə alınıb.

“Bunlardan 15 müraciət reklam sahəsində, 96 müraciət rəqabət
sahəsində qeydə alınıb”, – xidmət rəhbəri deyib.

(Tərcümə: Orxan Nəbiyev)