İlon Mask “Twitter”-i 44 milyard dollara alıb

Planetin ən varlı adamı, “Tesla” və “SpaceX” şirkətlərinin
sahibi İlon Mask “Twitter” şirkətini alıb.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, müqavilənin dəyəri 44 milyard
dollar təşkil edib.

Beləliklə, “Twitter” şirkətinin bir səhmi 54,2 dollar məbləğində
qiymətləndirilib.

Bazar ertəsi axşam sövdələşmə bağlandıqdan sonra şirkətin
səhmləri təxminən 6 faiz bahalaşıb.