KXDR-in hərbi sahədə addımları getdikcə gözlənilməz xarakter alır – Pentaqon

KXDR-in hərbi sahədə addımları getdikcə gözlənilməz xarakter
alır.

Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Silahlı
Qüvvələrinin Şimal Komandanlığının (NORTCOM) rəhbəri general Qlen
Vanhurk deyib.

Onun sözlərinə görə, Pxenyanın yaxın həftələr, hətta günlər
ərzində yeni ballistik raket sınaq buraxılışının həyata keçirilməsi
istisna edilmir.

“Hazırkı mərhələdə ABŞ kontinental hissəsini KXDR-in potensial
zərbəsindən qorunmasını təmin etmək üçün qüvvələrə və vasitələrə
malikdir”, – general əlavə edib.

Şimal Komandanlığı Birləşmiş Ştatların kontinental hissəsinin
müdafiəsinə cavabdehdir. Bundan əlavə, Vanhurk Şimali Amerika
Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəridir.