ABŞ-da şənlik zamanı atışma baş verib, ölən və yaralılar var

ABŞ-ın İndiana ştatının Lafayet şəhərində şənlik zamanı atışma
nəticəsində azı iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

AzerTimes “CNN”
agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis
departamenti məlumat yayıb.

Qeyd olunur ki, şənlikdə 100-dən artıq insan iştirak edib.
Qəflətən atəş səsləri eşidilib.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları çoxsaylı gilizlər
aşkar edib. Bundan əlavə ətrafda park olunmuş avtomobillərə,
yaxınlıqda yerləşən evlərin üzərində də güllə izləri aşkar
edilib.

Polisin məlumatına görə, öldürülənlər 29 və 34 yaşlı yerli
sakinləridir.

Hadisənin kim tərəfindən törədilməsi və səbəbləri barədə məlumat
verilmir.

Teqlər: