İlahiyyat İnstitutunun şöbə müdiri konfransda məruzə ilə çıxış edib (FOTO)

Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) təşkilatçılığı
ilə “Dinşünaslığın aktual problemləri” adlı Respublika elmi-praktik
konfransı keçirilib. Konfransda Azərbaycan İlahiyyat İnstitutu
(Aİİ) Tədris şöbəsinin müdiri Zərifə Əliyeva “Azərbaycanda dini ali
təhsil müəssisələri: Azərbaycan İlahiyyat İnstitutu” mövzusunda
çıxış edib.

Tədbir “ZOOM” platforması üzərindən onlayn formatda
keçirilib.

Konfransda Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru
Muzaffar Kamilov, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini
Utkirbek Xasanboyev, YUNESKO üzrə Özbəkistan Milli Komissiyasının
baş katibinin müavini Sayıdafzal Mallaxonov, İmam Buxari Beynəlxalq
Araşdırma Mərkəzinin direktoru Şovosil Ziyodov, Daşkənd İslam
İnstitutunun rektoru Uyqun Qafurov, Nur Mübarək Misir İslam
Mədəniyyəti Universitetinin və digər ali təhsil müəssisələrinin və
təşkilatlarının mütəxəssisləri, professor və müəllim heyəti,
doktorantları və magistrləri iştirak ediblər.

Zərifə Əliyeva məruzəsində Azərbaycan İlahiyyat İnsitututun
yaranması, missiyası, fəaliyyəti, tədris prosesinin təşkili, təhsil
proqramları, xarici əlaqələri, eləcə də İnstitutun əldə etdiyi
nailiyyətləri və gələcək perspektivləri haqqında danışıb.

Qeyd edək ki, Aİİ haqqında hazırlanan təqdimat konfrans
iştirakçılarının böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, sözügedən konfrans Beynəlxalq İslam
Akademiyası YUNESKO-nun “Dinşünaslıq və dünya dinlərinin müqayisəli
tədqiqi” departamentinin təşkil etdiyi sayca 14-cü tədbirdir.

Vebinar qarşılıqlı müzakirə və sual-cavabla davam edib.

Teqlər: