İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilib

Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun
nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai
Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə
seçilib.

Trend xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio
Yayımları Şirkəti məlumat yayıb.

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və
onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin
Baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.

Teqlər: