Hindistanda kimya zavodunda partlayış baş verib

Hindistanın qərbindəki Qucarat ştatında kimya zavodunda
partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı altı nəfər
həlak olub.

Bundan başqa, xəsarət alanların da olduğu deyilir.

Qeyd olunur ki, partlayışdan sonra zavod ərazisində yanğın
başlayıb. Hazırda yanğının böyük hissəsinin qarşısının alındığı
deyilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.