FHN: Ötən sutka ərzində 46 yanğına çıxış olub (VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış, 3 halda köməksiz
vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, görülmüş təcili
və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7
nəfər, o cümlədən Bakı şəhəri, Səbail rayonunda yerləşən
Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi olan 1
nəfər və Şəki şəhərində “Niva” və “Mercedes” markalı iki minik
avtomobilinin toqquşaraq yol kənarında dayanan “Hyundai” markalı
minik avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan
avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas
edilib.

Teqlər: