Həyətində çətənə yetişdirən Salyan sakini saxlanılıb (FOTO)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa
olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat
tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat
tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə
məşğul olmaqda şübhəli bilinən rayonun Quyçu kənd sakini Vahid
Qurbanov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin
həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək
yetişdirilmiş 55 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb,
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: