Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görülüb

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin
şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda
Təşkilatın bir neçə ay əvvəl başlatdığı “BSTA-nın ən yaxşı
təcrübəsinə görə mükafat” müsabiqəsinin nəticələri geniş
auditoriyaya elan edilib.

Müsabiqədə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu daha bir
beynəlxalq uğura imza ataraq müsabiqənin diplomuna layiq
görülüb.

Müstəqil beynəlxalq münsiflər heyətinin qərarına əsasən, Dövlət
Sosial Müdafiə Fondu “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən
xüsusi qeydli Fəxri Diplom”la təltif edilib.

Tədbirdə BSTA-nın Avropa məkanına aid 40-dan çox ölkənin 70-ə
yaxın sosial təminat qurumu təmsil olunub.

Dövlət Sosial Müdafiə Fondunun müsabiqəyə təqdim etdiyi iş son
illər ərzində sosial təminat sahəsində icra proseslərinin
keyfiyyəti və çevikliyinin artırılaraq şəffaf, əhali üçün daha
rahat, əlverişli xidmətlərin göstərilməsi, xidmətlərin rəqəmsal və
proaktiv təqdim olunması, Fondun fəaliyyətinin “inzibati yanaşma”
modelindən “vətəndaşlara xidmət” modelinə keçidinə uyğun yenidən
təşkili, nəticədə vətəndaş məmnunluğuna nail olunması, sosial
təminat sahəsində mərkəzləşdirmə islahatları ilə bağlı olub.

Fond bu il ərzində digər beynəlxalq qurumların – Böyük
Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının
təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq
mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq
Dövlət Qurumu” ali mükafatı, sosial təminat və innovasiyalar
sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl
metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar
Assosiasiyasının Fəxri Fərmanı ilə təltif olunub.

Teqlər: