Heydər Əliyev həyatını Azərbaycanın inkişafına, xalqının gələcəyinə həsr edib – Elbay Qasımzadə (FOTO/VİDEO)

Mən fəxr edirəm və qürur duyuram ki, Heydər Əliyev kimi nəhəng
dövlət xadimi, dünya miqyaslı siyasətçinin rəhbərliyi altında
işləmişəm. Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də
müstəqillik illərində həyatını, bilik və bacarığını yalnız
Azərbaycanın inkişafına, xalqının gələcəyinə həsr edib.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində Memarlar İttifaqının sədri, əməkdar
memar Elbay Qasımzadə bildirib.

E.Qasımzadə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərdə şəhərsalma, memarlıq, tikinti-quruculuq, abadlıq
işlərinə göstərdiyi məxsusi diqqət və qayğısından, mükəmməl
idarəçilik fəaliyyətindən söz açıb. Əməkdar memar ümummili liderlə
bağlı xatirələrini danışıb. O bildirib ki, Heydər Əliyev verdiyi
tapşırıqların icrasını şəxsən nəzarətdə saxlayır, prosesi izləyir,
memarlıq sənətinə aid bütün incəliklərlə bağlı tövsiyələrini ən
xırda detalı ilə bildirirdi.

Videomüsahibəni təqdim edirik:

Teqlər: