Bayden Ukrayna üçün lend-liz haqqında qanunu imzalayıb

ABŞ prezidenti Co Bayden Ukraynaya sürətləndirilmiş yardım
proqramının həyata keçirilməsinə imkan verəcək “Ukraynada lend-liz
və demokratiyanın müdafiəsi – 2022” haqqında S. 3522 saylı Qanunu
təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı Ağ Evin
mətbuat katibi Cen Psaki bildirib.

“Prezident bu gün Ukraynanı lazım olan silah və avadanlıqla
təmin etmək üçün alətlər qutusunu genişləndirən İcarəyə lend-liz
haqqında Qanunu təsdiqləyib”, – deyə ABŞ administrasiyasının
rəsmisi bildirib.

Sənəd ABŞ prezidentinə Ukraynaya silahların, hərbi texnikanın,
dərmanların və ərzaqların sürətlə ötürülməsi üçün lend-liz
proqramından istifadə etməyə imkan verir.