Hesab.az ailəsinin 11 yaşı tamam oldu!

Azərbaycanın ilk onlayn xidmətlər platforması – Hesab.az artıq
11 ildir ki, insanları rahat və sürətli ödəniş imkanları ilə təmin
edir.

Hesab.az, 14 Aprel 2011-ci tarixində GoldenPay şirkəti
tərəfindən onlayn ödəniş portalı olaraq yaradıldı. Hesab.az
dövrünün innovasiyası olmaqla insanları sadə və sürətli ödəniş ilə
tanış etdi, “Vaxtınıza dəyər verin” şüarı ilə 680 mindən çox
istifadəçini öz ətrafında topladı.

Platforma 11 illik inkişaf yolunda dünyada baş verən texnoloji
yenilikləri ölkəmizdə ilk olaraq tətbiq etməyə davam edir.
Fəaliyyətinin ilk illərində 30-a yaxın xidməti əhatə edən
platformada, hazırda 200-ə yaxın xidmət mövcuddur. 400-dən çox
partnyor şirkət ilə əməkdaşlıq edən Hesab.az, artıq sadəcə ödəniş
portalı deyil, həm də Azərbaycanın ən böyük onlayn xidmətlər
platfomasıdır.

Yarandığı zamanlarda onlayn ödəniş bazarında ilk şirkət olmaqla
insanlarda onlayn ödəmə bacarıqlarının formalaşmasına öz töhfəsini
vermişdir. İnsanlarda yaratdığı onlayn ödəniş vərdişinin yüksək
tələblərinə uyğunlaşaraq, fəaliyyət istiqamətini ildən-ilə
genişləndirir. Bu gün Hesab.az sadəcə kommunal və digər tez-tez
edilən aylıq ev ödəmələrini deyil, həm də bank və mağaza
kreditləri, sığorta alışı, dövlət, təhsil, parkinq, taksi
ödənişləri, onlayn bankçılıq, aviabilet və otel təklifləri kimi bir
çox xidmətləri təqdim edir.

Yaxın aylarda istifadəçilərini müxtəlif yeniliklərlə
təəccübləndirmək üçün həvəslə çalışan Hesab.az komandası,
istifadəçilərinin rəylərindən daim stimul alırlar.

Hesab.az, 11 illiyi münasibəti ilə Facebook və İnstagram
hesablarında müsabiqə həyata keçirir. Ətraflı: https://bit.ly/38QGx1X

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında
daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı
Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən
əldə etmək olar.

Teqlər: