Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilir – Sədr müavini

Hadrut. Trend:

Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə,
bütün dini konfesiyalara bərabərhüquqlu münasibət göstərilir. Hər
kəs dini inancına görə sərbəstdir. Bu bizim dövlət-din
münasibətlərinin əsasını təşkil edir.

Bunu
Trend
-ə açıqlamasında bunu Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.

O qeyd edib ki, İkinci Qarabağ Müharibəsi zamanı erməni
işğalçıları siyasi rəhbərləri müharibəyə dini çalar verməyə cəhd
etdilər.

“Onlar bunu müsəlmən-xristian qarşıdurması kimi dünyaya təqdim
etməyə çalışdırlar. Qərb ölkələrindən dəstək almaq üçün belə bir
yola əl atdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dünya
ictimaiyyətini, aparıcı kütləvi informasiya vasitələrini
məlumatlandırması, həmçinin ölkəmizdə dinlər arasında həmrəliyin
olması, ermənilərin bu hərəkətini iflasa uğratdı. Hazırda dünyada
mənəvi böhranın olması fikirləri səsləndirilir. Belə bir dövrdə
Azərbaycanın yaratdığı bu həmrəylik strategiyası bu böhran üçün bir
yol xəritəsi ola bilər”, – deyə o bildirib.

Teqlər: