Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib (FOTO/VİDEO)

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına uyğun
olaraq hərbi qulluqçular arasında “Hərbi beşnövçülük” üzrə
birincilik yarışları keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, açılış mərasimindən əvvəl xalqımızın
ümummilli lideri Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi
bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, dövlət himni səsləndirilib.

Qoşun növlərini və birləşmələri təmsil edən 10 komanda fərdi və
komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular
maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km
məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini
sınayıblar.

Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fiziki
və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü
komandaların tərkibinin müəyyən edilməsidir.

Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla
mükafatlandırılıblar.

Teqlər: