İsveçrə şirkəti ilə yerli sahibkarlar arasında əməkdaşlıq müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov İsveçrənin “Flitex” şirkətinin
direktoru Franko Santini ilə görüşüb.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə dövlət-özəl tərəfdaşlığına və KOBİA-nın bu
sahədə beynəlxalq təcrübənin öyrənilməsinə verdiyi önəm qeyd
olunub, şirkətlə yerli sahibkarlar arasında əməkdaşlığın qurulması
üçün Agentliyin göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi
aparılıb.

Teqlər: