Azərbaycan Premyer Liqasında iştirak edəcək iki yeni klubun adları məlum oldu

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, iclasda 2022-2023-cü il mövsümündə
UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak
etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması
üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış
müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı
klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Neftçi” PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah FK”,
“Qəbələ” İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı
klublara lisenziya verilməsin:

“Səbail” PFK, “Sumqayıt” FK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı
klublara lisenziya verilsin:

“Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı
klublara lisenziya verilməsin:

“Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, MOİK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş
bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti
verə bilər.

Qeyd edək ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün
Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların
(Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il
mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya
almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer
Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab
olunur.

Teqlər: