Hərbi Hava Qüvvələrində təlimlər keçirilib

Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin
(HHQ) təlim uçuşları keçirilib.

Senariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta
hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar
icra edilib.

Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava
hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü
hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin
aparılması üzrə tapşırıqlar məşq olunub.


Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə
yetirilib.

Teqlər: