Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzillərinin təmir nümunələri təqdim olunub (VİDEO)

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli
1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə
əldə etməsi qaydasına uyğun olaraq Yasamal Yaşayış Kompleksinin
ikinci mərhələsinin bütün mənzilləri tam təmirli və istismara hazır
vəziyyətdə vətəndaşlara təklif edilir.

Agentliyin digər layihələrində olduğu kimi Yasamal Yaşayış
Kompleksinin ikinci mərhələsində də güzəştli mənzillər ənənəvi
olaraq 2 cür təmir edilmişdir. Təmir növləri dizayn və rəng seçimi
ilə fərqlənir. Bütün mənzillər yüksək keyfiyyətli tikinti
materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun
zövqlə təmir edilmişdir.

Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı
daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş
vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə,
televiziya və internet xətləri də çəkilmişdir.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin ilk
mənzillərinin satışına hazırlıq məqsədilə Agentlik tərəfindən
mənzillərin görüntülərini təqdim edən video-çarx
hazırlanmışdır.

Video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana
səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq
mümkündür.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində
yerləşən güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim
olunduğu (yasamal2.mida.gov.az) internet səhifəsi istifadəyə
verilmişdir. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki
göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları,
habelə ərazidə yaradılan infrastruktur barədə daha ətraflı məlumat
əldə etmək mümkündür.

Teqlər: