Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar qüvvələrini sınayacaqlar

Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar
qüvvələrini sınayacaqlar.

AzerTimes-ın Azərbaycan
Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə,
fevralın 24-25-də Milli Gimnastika Arenasında keçiriləcək
Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi”
İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbini 41 idmançı təmsil edəcək.

İki günlük yarışlarda qadın cütlükləri (balacalar – 2007-2016;
yeniyetmələr – 2004-2010; böyüklər – 2007-ci il və daha böyük),
kişi cütlükləri (yeniyetmələr – 2004-2010; böyüklər – 2007-ci il və
daha böyük), qarışıq cütlüklər (yeniyetmələr – 2004-2010; böyüklər
– 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016;
yeniyetmələr-2004-2010; gənclər-2003-2009) medallar uğrunda
çoxnövçülükdə mübarizə aparacaqlar.

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi
icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və
sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı
olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yarışları www.gymtv.online (https://gymtv.online/)
internet səhifəsindən canlı izləyə bilərsiniz.

Teqlər: