Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq
aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bu barədə AzerTimes-a Əjdər Olun vəkili məlumat verib.

Vəkil qeyd edib ki, cinayət işi üzrə dəymiş ziyan tam ödənilsə
də, həmçinin mülki iddia olmadığı halda müvəkkilinə ağır cəza təyin
olunub.

Buna görə də, vəkil Əjdər Ola daha yüngül cəza təyin olunması
üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayət artıq
məhkəməyə təqdim edilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla
təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci
(mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci
(külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan
olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə
səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət
almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol
təxəllüsü ilə tanınan şair-publisistdir.

Teqlər: