Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerləri Gəncə terroru qurbanlarının xatirəsini anıblar (FOTO)

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və
blogerlərindən ibarət nümayəndə heyəti Ermənistan ordusunun
oktyabrın 11-də və 17-də cəbhə bölgəsindən aralıda yerləşən Gəncə
şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə
tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsini
anıblar.

Trend xəbər verir ki, qonaqlar qanlı terror hadisəsinin baş
verdiyi əraziyə gül dəstələri qoyublar.

Qeyd edilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə
törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan
xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir. Xocalı
soyqırımını törədən cinayətkarlar cəzasız qaldıqları üçün bu gün də
qanlı terror aktları törədilir. Ermənistanın mülki obyektlərə və
yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər
beynəlxalq sənədlərə ziddir.

Teqlər: