Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı
açıqlanıb.

Bu barədə AzerTimes-a
Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-mart aylarında ölkədə 439 ədəd və ya ötən
ilin müvafiq dövrü ilə müqayisədə 31 ədəd çox minik avtomobili
istehsal olunub.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat
vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı
sahələrində 2022-ci ilin yanvar-mart aylarında 124,0 milyon
manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və
avadanlıqların istehsalı isə 23,0 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
traktorların istehsalı 38,9 faiz artıb.

Teqlər: