Gürcüstanda koronavirusa daha 115 nəfər yoluxub, 3 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 115 yoluxma halı
qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 1 653 044 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 3 nəfər ölüb, 272
nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16
792 nəfər, sağalanların sayı isə 1 633 956 nəfər təşkil edir.