Gürcüstanda son sutkada 268 koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda ötən sutka ərzində 9 387 test keçirilib, koronavirusa 268 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 274 989 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 5 nəfər ölüb, 233 nəfər isə sağalıb.


Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 648 nəfər, sağalanların sayı isə 268 237 nəfər təşkil edir.