ATƏT sədrinin Azərbaycana səfərinin təfərrüatları açıqlandı

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde martın 15-i Azərbaycana səfər edəcək.

AzerTimes-ın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Linde səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək. Görüşlər zamanı ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Qeyd edilir ki, Ann Linde həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.

Teqlər: