ABŞ-da təxminən 37 milyon nəfər tam vaksinasiya olunub

ABŞ-da hazırkı dövrədək 105 703 501 doza peyvənd istifadə edilib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatında deyilir.

Bildirilir ki, 36 929 777 nəfər artıq tam vaksinasiya olunub (iki doza peyvənd vurulub).

Qeyd edilir ki, vaksinasiya kampaniyası çərçivəsində “Moderna”, “Pfizer/BioNTech” və “Johnson & Johnson” peyvəndlərindən istifadə edilir.