Gürcüstanda ötən sutka ərzində koronavirusa 115 yoluxma halı
qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 1 653 044 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 3 nəfər ölüb, 272
nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16
792 nəfər, sağalanların sayı isə 1 633 956 nəfər təşkil edir.