Gürcüstan gimnastlarının Azərbaycana növbəti səfərləri ilə bağlı xoş təəssüratlarını eşitmək sevindiricidir – Səfir

Gürcüstan gimnastlarının Azərbaycana növbəti səfərləri ilə bağlı
xoş təəssüratlarını eşitmək sevindiricidir.

Bunu Trend
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

“Gürcüstan komandasının idman gimnastikası üzrə Dünya Kubokunda
iştirak etməsinə şadıq və yaxşı nəticələr gözləyirik. Mən Bakıda
Milli Gimnastika Arenasının gözəl zalına ilk dəfə deyil ki, gəlirəm
və şadam ki, həmişə olduğu kimi, Azərbaycanda digər mühüm
tədbirlərlə yanaşı, idman yarışları da yüksək səviyyədə keçirilir”,
– deyə səfir bildirib.

Z.Pataradze iki ölkə arasında idman sahəsində əməkdaşlığın
bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

“Azərbaycanda yüksək standartlar qoyulub, bu gün bütün zallar,
idman meydançaları tam təchiz olunub – burada dünya səviyyəli
tədbirlər keçirilir və irimiqyaslı idman yarışları ilə yanaşı,
müxtəlif ölkələrin, o cümlədən Gürcüstanın komandalarının
toplanışlarını keçirmək mümkündür”, – deyə səfir qeyd edib.

Z.Pataradze vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək
səviyyədədir.

“İdman sahəsinə gəlincə, biz Azərbaycanın Gənclər və İdman
Nazirliyi ilə gələcək əməkdaşlığı müəyyən etmişik və düşünürəm ki,
yaxın vaxtlarda bu istiqamətdə görüşlər keçirəcəyik. Ümid edirəm
ki, bizim və Azərbaycanın komandaları yarışlar və təlim-məşq
toplanışı üçün həm Gürcüstan, həm də Azərbaycanı ziyarət edəcək.
Buna infrastruktur, iqlim şəraiti, qonaqpərvərlik və ölkələrimiz
arasında sülh töhfə verir”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Teqlər: