Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatı çoxtərəfli əməkdaşlığın mühüm mexanizmidir – XİN

Çoxtərəfli əməkdaşlıq platforması çərçivəsində mühüm siyasi
mexanizm 2012-ci ildə xarici işlər nazirləri tərəfindən yaradılmış
(“Trabzon Bəyannaməsi”) Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli
formatıdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər
Nazirliyinin Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının
30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.

“Mexanizmə həmçinin prezidentlər, parlamentlərin xarici əlaqələr
komitələri və müdafiə nazirləri səviyyəsində, eləcə də digər
idarələr səviyyəsində əməkdaşlıq formatları daxildir. Üçtərəfli
iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından üçtərəfli biznes
forumların keçirilməsi praktikası da mövcuddur”, – deyə bəyanatda
bildirilir.

Qeyd edilir ki, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi
Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri
kimi regional enerji layihələri böyük əhəmiyyət kəsb edir.

“Cənub Qaz Dəhlizi (TANAP və TAP) layihəsinin və
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam icrası istiqamətində
fəal əməkdaşlıq davam edir”, – deyə XİN-dən bildirilib.

Teqlər: