İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəlib

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar
Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana
gəlib.

Trend xəbər verir ki, festivala qatılmaq üçün mayın 21-i səhər
saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə
hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam
etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan
Akıncı təxminən 5 saata Bakıya çatıb.

Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu
izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər
Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa
vurub.

Teqlər: