Gürcü xalqı Avropaya bunu sübut etdi – Zurabişvili

Gürcü xalqı Avropaya bunu sübut etdi – Zurabişvili

Əminəm ki, Gürcüstan Avropa Birliyinə namizəd statusu alacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, gürcü xalqı Gürcüstanın Avropaya inteqrasiyasına sadiqliyini sübut edib.

Qeyd edək ki, oktyabrda Avropa Komissiyası Avropa Şurası üçün tövsiyələr hazırlayacaq. Dekabrda isə yekun qərarın verilməsi gözlənilir.

Bu qərar Aİ-nin bütün 27 ölkəsinin liderləri tərəfindən dəstəklənsə, Gürcüstan namizəd statusu alacaq.

Teqlər: