Özbəkistan liderinin Azərbaycana səfəri başa çatdı

Özbəkistan liderinin Azərbaycana səfəri başa çatdı

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycan Respublikasına dövlət səfəri avqustun 23-də başa çatıb.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şövkət Mirziyayevi və xanımı Ziraatxan Mirziyayevanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.

Teqlər: