İranda bir ayda 69 nəfər edam edildi

İranda bir ayda 69 nəfər edam edildi

İranda bu ay ərzində ən azı 69 nəfər edam cəzasına məhkum edilib.

Trend xəbər verir ki, bu barədə İnsan Haqları Təşkilatının (HRANA) məlumatında deyilir.

Bildirilib ki, İranda həyata keçirilən edamların 75%-dən çoxu barədə hökumət və ya məhkəmə orqanı tərəfindən məlumat verilmir və insan haqları təşkilatları bu halları gizli edamlar adlandırırlar.

Qeyd edək ki, beynəlxalq təşkilatların məlumatına əsasən, İran edam sayına görə dünyada birinci yerdədir.

Teqlər: