Sabirabadda ağır qəza: 2 ölü, 1 yaralı…

Sabirabadda ağır qəza: 2 ölü, 1 yaralı…

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, “Mersedes” və “Şevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Hadisə saat 13 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində Süleymanov Arzuman Məzahir oğlu və Mədətov Zaur Xudayar oğlu həlak olublar. Ağır xəsarət alan şəxs – 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: