Güclü təsiredici maddələri satanlarla bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda güclü təsir edən maddələri satanlarla bağlı cəzalar
sərtləşdirilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinə
təklif edilən dəyişikliklərdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin (240-cı
maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə
qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli
miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda isə bu əməl dörd ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə birinci oxunuşda
qəbul edilib.

Teqlər: