Minlərlə insanın toxuduğu Qarabağ xalçası haqqında sənədli film İTV-də yayımlanacaq (VİDEO)

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini
simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən “Qarabağ
İlmələrdə” sənədli filmi eyniadlı adlı sosial layihə çərçivəsində
hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin
təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça”
ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə
Qarabağ “Çələbi” xalçasına 44 gün ərzində minlərlə insan ilmə
ataraq toxuyub. Sonuncu ilmələri işğaldan azad olunan Şuşa
şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər
filmdə əks olunub.

Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə
iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə
ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik
etdiyi Şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində
qazanılan qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

“Qarabağ İlmələrdə” sənədli filmi 10 aprel saat 15:50-də ilk
dəfə olaraq İTV-də yayəmlanacaq.

Teqlər: