Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşüb (FOTO)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının
Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə
görüşüb.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

O bildirib ki, görüşdə Azərbaycanda sosial-iqtisadi inkişaf,
birgə layihələrin icrası və regionda gedən proseslərin ölkə
iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr aparılıb.

Teqlər: