Unibank qaziyə dəstək olub

Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi
ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak
edir. Mingəçevir şəhərində yaşayan qazi Ramil Həsənov Bank
tərəfindən bərbər salonu avadanlıqları ilə təmin edilib. Bu
avadanlıqların köməyi ilə R.Həsənov öz biznesini qura biləcək.
Bununla da Unibank özünüməşğulluq layihəsinin ikinci mərhələsini də
başa çatdırıb.

Qeyd edək ki, Unibank iki ildən artıqdır ki, həssas əhali
qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar
Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar
şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes
planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə
təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini
qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə
dəstək olmaqdır.

Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan
korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına,
vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək
olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak
etməkdə davam edir.

Unibank-Sənin Bankın!

Teqlər: