Göygöldə oğurluq edən şəxslər saxlanılıb

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında
rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Göygöl
rayon sakinləri Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan
əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan
ümumi dəyəri 6000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1
ədəd mobil telefonu oğurlayıblar.

F. Məmmədov və İ. Məmmədov saxlanılaraq maddi sübutlarla
birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam
etdirilir.

Teqlər: