Goranboyda qəzalı vəziyyətə görə imtahan binası dəyişdirilib

Goranboy şəhəri 2 saylı orta məktəbin ətrafında qəzalı vəziyyət
yarandığı üçün həmin məktəbdə aprelin 23-də buraxılış imtahanı
verməli olan şagirdlərin imtahan binası dəyişdirilib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat
verilib.

Bildirilib ki, şagirdlər imtahanı Goranboy şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziyada verəcəklər. Artıq Dövlət İmtahan
Mərkəzinin saytının
müvafiq səhifəsinə
imtahana buraxılış vərəqəsi yerləşdirilib.
İştirakçılar imtahanda iştirak etmək üçün yeni buraxılış
vərəqələrini çap etməlidirlər.

Qeyd edək ki, imtahan iştirakçılarının xəbərdar edilməsi üçün
müvafiq təhsil müəssisələri də məlumatlandırılıb və onlar da
şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Teqlər: