“Google” may ayında “Pixel Watch” smart saatını təqdim edəcək

ABŞ-ın “Google” şirkəti “Pixel Watch” ticarət markasını
qeydiyyatdan keçirib.

Trend xəbər verir ki, müvafiq sənəd ABŞ Patent və Əmtəə
Nişanları İdarəsinin saytında dərc edilib.

Adıçəkilən patent sənəfi İT nəhənginin yeni qadceti haqqında ilk
rəsmi detallardır.

Məlumata görə, müraciət 19 apreldə daxil olub. Qeyri-rəsmi
olaraq “Google” şirkəti xeyli vaxtdır ki, “ağıllı saat” üzərində
çalışır.

“Pixel Watch”-un ekranı dairəvi formada olacaq və fitnes
izləyicisi və sağlamlıq göstəriciləri də daxil olmaqla Fitbit
xidmətləri ilə inteqrasiya olunacaq. Smert-saat səsli köməkçi “Google Assistant”la təchiz ediləcək və “Wear OS 3.1” əməliyyat
sistemi bazasında çalışacaq.

“Pixel Watch”-un rəsmi debütü mayın birinci yarısında Google I/O
konfransında baş tutacaq.