Britaniya son 30 ildə ilk dəfə kömür mədəni açmaq niyyətindədir

Böyük Britaniya hökuməti son 30 ildə ilk dəfə kömür hasilatı
üçün yeni mədən açmaq niyyətindədir.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, hökumətdə olan mənbə Mənzil,
Regional İnkişaf və Yerli İdarəetmə naziri Maykl Qouvun
İngiltərənin şimal-qərbindəki Kambriya qraflığındakı Uaythaven
şəhərində kömür mədəninin yaradılmasının tərəfdarı olduğunu
bildirib.

Bələdiyyə orqanları bu obyektin tikintisinə 2020-ci ilin
oktyabrında icazə verib. Lakin müxalifət və ətraf mühiti qorunması
üzrə fəalların tənqidlərindən sonra İngiltərə hökuməti layihənin
məqsədəuyğunluğu ilə bağlı yeni araşdırma başlayıb. Baş nazir Boris
Conson keçən ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransında (COP26)
bildirmişdir ki, o, yeni mədənlərin tikintisini dəstəkləmir. Qeyd
olunur ki, Ukraynada baş verən hadisələr hökumət başçısını öz
mövqeyinə yenidən baxmağa vadar edə bilər.

Mənbənin verdiyi məlumata görə, Kambriyada mədənin tikintisi ilə
bağlı yekun qərar 7 iyula qədər verilməlidir.

Teqlər: