Almaniya 5 milyard avro dəyərində 60 “Chinook” helikopteri alacaq

Almaniya Müdafiə Nazirliyi ABŞ-ın “Boeing” şirkətindən 60 ədəd
Chinook CH-47F ağır nəqliyyat helikopteri almağı planlaşdırır.

Trend bu barədə
yerli “Bild” nəşrinə istinadla xəbər verir.

Məlumata görə, Almaniya buna 5 milyard avro xərcləyəcək. Nəşrin
mənbələri iddia edir ki, avadanlıqların tədarükü 2025-2026-cı
illərdən tez başlanmayacaq.

Helikopterlər ABŞ-ın Sikorsky şirkəti və Almaniyanın “VFW”
şirkəti tərəfindən birgə istehsal edilən köhnəlmiş CH-53G Stallion
helikopterini əvəz edəcəyi bildirilir.

Teqlər: