“GIF”lərin yaradıcısı koronavirusdan ölüb

“Graphics Interchange Format” (GIF) qrafik rəqəmsal şəkillərinin
yaradıcısı Stiven Uilhayt ABŞ-da 74 yaşında vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “NBC” televiziya kanalı xəbər verib.

Məlumata əsasən S.Uilhayt martın 14-də ailəsinin əhatəsində
koronavirus infeksiyasının törətdiyi fəsadlardan dünyasını dəyişib.
Faktı onun həyat yoldaşı Katalin təsdiqləyib.

“GIF” formatı S.Uilhaytın 1987-ci ildə CompuServe şirkətində
çalışdığı vaxtda hazırlanıb.

2013-cü ildə S.Uilhayt İnternetin inkişafına verdiyi töhfəyə
görə “Webby” mükafatına layiq görülüb.

Teqlər: