Fransa nüvə yükü daşıyan bilən təkmilləşdirilmiş raketi sınaqdan keçirib

Fransa Aerokosmik Qüvvələri nüvə yükü daşıya bilən
təkmilləşdirilmiş orta mənzilli hava-yer raketini (ASMPA) sınaqdan
keçirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Agence France-Presse” qəzeti xəbər
verib.

“Fransanın Silahlı Qüvvələr Naziri Florens Parli 23 mart 2022-ci
ildə təkmilləşdirilmiş ASMPA-nın nüvə yükü olmadan uğurla sınaqdan
keçirilməsindən böyük məmnunluğunu ifadə edir”, – deyə Nazirliyin
mətbuat xidmətindən bildiriblər.

“MBDA” şirkəti istehsalı olan raket Fransanın Kazo hava
bazasından havaya qalxan Rafale təyyarəsindən atılıb. Digər
təfərrüatlar verilməyib.