ABŞ prezidenti Co Bayden Brüsselə gəlib

ABŞ prezidenti Co Bayden martın 24-də NATO sammitində iştirak
etmək üçün Brüsselə gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “İzvestiya” nəşrinin Telegram-kanalında
bildirilib.

Məlumata əsasən, Amerika prezidentinin korteji şəhərin
küçələrində görünüb.

Ağ Evin mətbuat xidmətindən bildirilib ki, ABŞ prezidenti Co
Bayden Avropa İttifaqı, NATO, Yeddilik Qrupu (G7) liderləri ilə
görüşlərdən sonra Polşaya gedəcək və burada ölkə prezidenti Anjey
Duda ilə danışıqlar aparacaq.

Tərəflər Ukraynada humanitar böhran və insan haqlarının
vəziyyəti ilə bağlı ABŞ və müttəfiqlərinin qarşılıqlı fəaliyyətini
müzakirə edəcəklər.

Teqlər: